"Həkim desəydi ki, açıq ürək əməliyyatı olunmalıdır, biz onu edərdik" - Vəfat edən xəstənin qardaşı

22-11-2021, 17:46           
"Həkim desəydi ki, açıq ürək əməliyyatı olunmalıdır, biz onu edərdik" -
Xəbər verdiyimiz kimi, N.Tusi adına klinikada əməliyyat olunun xəstə vəfat edib.

Məlumata görə, 1955-ci il təvəllüdlü Heydər Cəfərxanova eyni vaxtda 6 stend qoyulub. O elə əməliyyat masasında dünyasını dəyişib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi açılıb.
Vəfat edən xəstənin qardaşı oğlu Əyyub Cəfərxanov Bakupost.az -a bildirib ki, onun üzərində ekspertizalar təyin olunub:
“Biz istəyirik ki, bu məsələ araşdırılsın, ölümə səbəb həkim səhlənkarlığıdır, yoxsa başqa bir şey. Klinika məlumatı çox gec ötürdü. Mən özüm prokurorluğun qaynar xətti, 961-ə zəng vurdum. Ondan sonra prokurorluq məsələyə müdaxilə etdi, prokuror köməkçisi oraya gəldi. Bizim həkim səhlənkarlığı ilə bağlı şüphələrimiz var. Çünki şəkər xəstəsinə 6 stend qoyub. Bir çox həkimlər, mütəxəssislər deyirlər ki, gərək 4-ü qoyulardı, şəkər xəstələri üçün 6-sı çoxdur. Hətta bəziləri deyirlər ki, heç dünya təcrübəsində belə bir şey yoxdur. Biz həkimi tanımırıq, onunla düşmənçiliyimiz də yoxdur. Digər tərəfdən həkim xəstə yaxınlarına iki alternativ variant təklif edib. Birincisi, açıq ürək əməliyyatı, ikincisi stendin qoyulması. Əgər həkim desəydi ki, açıq ürək əməliyyatı olunmalıdır, biz onu edərdik. Düşünürük ki, ortada həkim səhlənkarlığı var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru