RUSİYA YENİ DİLEMMA QARŞISINDA – Neft hasilatı həcminin azaldılması və sanksiyalar
20-03-2016, 14:51
Amerikanlar müharibədən yorulmağa başlayıblar. 2001-ci ilin terror aktlarından sonra Əfqanıstan və İraqda onların apardıqları döyüş əməliyyatları ABŞ vətəndaşlarını möhkəmcə yorub. 2013-cü ilin sentyabrında prezident Barak Obama bəyan etmişdi ki, ABŞ dünya polisi deyil. Amerika lideri bildirmişdi ki, döyüş əməliyyatlarına böyük vəsait sərf olunur. Obama seçkilərdə qalib gələndə söz vermişdi ki, 2011-ci ildə İraqdan qoşunları çıxaracaq. Beləliklə, ABŞ qoşunlarının İraqdan çəkilməsi, İŞİD-in əl–qolunu açmış oldu. Bundan sonra İŞİD-in nüfuzu və gücü nəinki İraqda, həmçinin də Suriyada artdı.
Obamanın Yaxın Şərq siyasətinin dəyişilməsinin arxasında ABŞ-dakı şist nefti inqilabı dayanır. Britaniyanın BP şirkətinin məlumatına əsəsən, şist neftinin inkişafı nəticəsində ABŞ–dakı neft istehsalı gündəlik olaraq 11,6 milyon barelə qədər yüksəlib. Nəticədə ABŞ, Yaxın Şərq ölkələrini geridə qoyaraq, neft hasilatı üzrə birinci yerə çıxıb.
1970-ci illərin “neft şoku”ndan ziyan çəkən ABŞ, həmişə Yaxın Şərqə xüsusi əhəmiyyət verir. Ancaq əgər ABŞ özünü tam şəkildə enerji resurları ilə təchiz edə biləcəksə, onda onların Yaxın Şərqin təhlükəsizliyi üçün böyük məbləğlər sərf etməsinə ehtiyac qalmır.
ABŞ-da şist neftinin hasilatı yüksəldiyinə görə, keçən ilin sonunda onlar 40 il bundan əvvəl neft ixracına qoyduqları qadağanı götürdülər. Həm də Konqresdə çoxluğa malik olan Respublikaçılar partiyası bu faktdan prezident seçkiləri zamanı istifadə etmək niyyətindədir. Senatdakı respublikaçıların rəhbəri Mitç Makkonel qeyd edib ki, neft ixracına qoyulan qadağa, neft ixrac edən ölkələrin və ilk növbədə Rusiyanın mövqeyini gücləndirir. Vaşinqtonun məqsədi, neft ixracı sayəsində Rusiyanın dünya bazarındakı payının və təsirinin azaldılmasından ibarətdir.
Amma buna baxmayaraq, Amerika dilemma qarşısındadır. ABŞ-dakı maraqlı tərəflər Obama administrasiyasından tələb edirlər ki, o, İŞİD-in təsir imkanlarının qarşısını almaq üçün İraq və Suriyada daha aktiv fəaliyyət göstərsin. Digər yandan isə, neftin qiymətinin aşağı düşməsi nəticəsində maliyyə çətinlikləri ilə üzləşən ABŞ-ın enerji şirkətləri iflas olmağa başlayıblar.
Rusiya büdcəsinin 50 faizi neft və qaz gəlirlərindən asılıdır və 2015-ci ildə iqtisadi böyümə mənfi 3,7 % təşkil edıb. Neftin qiyməti büdcədə 50 dollar səviyyəsində götürüldüyünə görə, 2016-cı il üçün maliyyə kəsiri əvvəlki proqnozlara nisbətən, yüksək olmayacaq. Neftin yüksək qiymətləri zamanı Rusiyanın dövlət fondlarına yığılan vəsaitlər tədricən əriyir. Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyi Putin administrasiyasının büdcənin kəsilməsi qərarı ilə razı deyil və subsidiyaların artırılmasını tələb edir.
O ki qaldı rubla, rus valyutası iki il əvvəlki göstəricisinə görə iki dəfə aşağı düşüb. Bir dollar qarşısında onun son vəziyyəti 69 rubl səviyyəsindədir. İdxal məhsullarının qiymətinin yüksəlməsi və Qərbin iqtisadi sanksiyaları da vəziyyəti kəskinləşdirir. Bütün bunların hamısı sənayeyə neqativ təsir göstərir. “İnterfaks”informasiya agentliyinin məlumatına əsasən, bank sferası istisna olmaqla, 2015-ci ildəki xarici sərmayələrin həcmi üç dəfə azalaraq, 6,7 milyard dollar təşkil edib.
Müəyyən mənada Rusiya neftin həcminin azaldılmasına pozitiv yanaşır. Enerji strategiyası institutunun baş direktoru Aleksey Qromovun sözlərinə görə, hasilatın azaldılması hesabına bir barel neftin qiymətı 50-60 dollara kimi yüksələrsə, onda bu vəziyyət Rusiya üçün daha əlverişili olacaq.
Lakin buna baxmayaraq, neft hasilatının azaldılmasının qarşısında xeyli əngəllər mövcuddur. Rusiyadakı neft yataqları üçün aşağı istehsal həcmi xarakterik bir haldır. Ona görə də, əgər hasilat dayandırılsa, onda onun yenidən bərpa edilməsi asan iş olmayacaq. Çünki daimi donuqluq şəraitindəki neft kəmərlərini bağlamaq mümkün deyil. Əks təqdirdə oradakı neft kəmərləri dona bilər. Digər problem isə avadanlıqların köhnəlməsidir.
“Kommersant” qəzetinin məlumatına görə, hökumətin yanvar müşavirəsinin gedişində digər ölkələrin hasilatı artıracağı təhlükəsini irəli sürərək, neft şirkətlərinin heç biri hasilatın azaldılmasını müdafiə etməyib. Yaponiya şirkətlərinin birinin nümayəndəsi bu məsələ ilə əlaqədar bildirib: ”Əgər neftin qiyməti qalxarsa, onda Amerikanın şist neft hasil edən şirkətləri yenidən həyata qayıdacaqlar”.
Elə bu səbəbdən də Rusiya hasilatın azalmasına görə,öz bazar payının azalmasından qorxur. İndi Rusiya hədsiz çətin vəziyyətə düşüb. Rusiya enerjidən asılı iqtisadiyyatdan yaxa qurtara bilmir və ona görə də onun ümidi neftin qiymətinin növbəti yüksəlişi və həmçinin də sanksiyaların ləğvinədir.
(Sankey Simbun)