Rusiya idxalda kəsirlə üzləşə bilər

23-11-2021, 08:34           
Rusiya idxalda kəsirlə üzləşə bilər
Belarus və Avropa İttifaqı (Aİ) sərhədində miqrasiya böhranı ilə əlaqədar Rusiyaya idxal olunan malların tədarükündə fasilələr yarana bilər.

Bu barədə Rusiya baş nazirinin müavini Andrey Belousova Xarici İnvestisiya üzrə Məsləhət Şurasına xəbərdarlıq edib.

Qeyd edilir ki, iri pərakəndə satış şirkətləri artıq gecikmələrlə üzləşiblər, tədarükçülər idxal mallarının mümkün qiymət artımı barədə xəbərdarlıq edirlər.

Rusiya idxalının təxminən 10%-i Belarus sərhədindən keçir, tədarükün böyük əksəriyyəti avtomobillərlədir. Ərzaq və qeyri-ərzaq məhsulları, o cümlədən ilkin tələbat malları Belarus vasitəsilə Rusiyaya daşınır.

Hazırda Belarus və Polşa sərhədindəki Bobrovniki keçid məntəqəsində 25 km-ə qədər uzanan yük maşınlarının tıxacları yaranıb. Yük maşınları sərhəddə 80 saat dayanır, bir günlük dayanma isə hər bir avtomobil üçün azı 500 avroya başa gəlir. Sürücülər alternativ yollar axtarırlar. Həmçinin, Litva və Latviya ilə sərhədlərdə də tıxaclar yaranıb.

Mənbə: Vestnik Kavkaza












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru