Məşhur həkimdən orucla bağlı XƏBƏRDARLIQ

13-12-2021, 08:25           
Məşhur həkimdən orucla bağlı XƏBƏRDARLIQ
Həkim və teleaparıcı Aleksandr Myasnikov uzunömürlülük haqqında geniş yayılmış mifi dağıdıb.
Teref.az xəbər verir ki, həkim orucun insan ömrünü uzatması ilə bağlı fikirləri qəbul etmir. Onun fikrincə, oruc tutmaq hər bir canlının təbiətinə ziddir.

"Axı biz nəfəs alırıq, peristaltikamız var, qaraciyərimiz işləyir, bizi isidir. Yatmağa, oturmağa sərf etdiyimiz bütün enerjinin 75 faizini buradan alırıq və bu zaman xərclənir. Orqanizm bu enerjinin sərfini azaldır", - Myasnikov "О самом главном" verilişinin efirində deyib.

Mütəxəssis əlavə edib ki, oruc tutmaq cavanlığı və gözəlliyi qoruyub saxlamaq kimi adi insanın anlamadığı mexanizmlərə müdaxilədir. Bundan əlavə, yeməkdən imtina xroniki xəstəliklərin kəskinləşməsi riskinə səbəb ola bilər. Həkim vurğulayıb ki, insan orucdan çıxanda güclü hormon balanssızlığı yaranır.

publika.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.