Smart silahlar satışa çıxarılır: Barmaq izi ilə... - FOTO

20-01-2022, 08:19           
Smart silahlar satışa çıxarılır:
Bir neçə silah satışı ilə məşğul olan şirkətlər ilin sonunda smart silahları satışa çıxardacaqlarını açıqlayıblar.

Teref.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “LodeStar Works”, “SmartGunz”, “Biofare” şirkətləri artıq öz məhsullarını təqdim etməyə başlayıb.

Yeni texnologiyanın əsas özəlliyi kənar şəxslərin ondan istifadə edə bilməməsidir.

Bildirilir ki, silahların bu sahəyə inteqrasiya edilməsi öz növbəsində bəzi bədbəxt hadisələrin qarşısını alacaq.

“LodeStar Works” şirkəti 9 mm kalibrli silahına barmaq izi skanı əlavə olunub. Tapança “Bluetooth” vasitəsilə xüsusi tətbiqə qoşulur. Təhlükəsizliyin təmin olunması üçün onu işlətməyə görə rəqəmsal “PIN” kod daxil edilməlidir.

Qeyd edək ki, belə silahlar həmçinin polislər üçün də faydalı olacaq.

TED.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru