Keçmiş məmurlar ŞƏHİDLƏR XİYABANINA niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...

21-01-2022, 17:27           
Keçmiş məmurlar ŞƏHİDLƏR XİYABANINA niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Şəhidlər xiyabanı... Yaşından, statusundan, vəzifəsindən asılı olmayaraq, bura hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs məkan və məbədgahdır. Çünki burada uyuyan hər bir Azərbaycan övladının qanı öz vətəninin, torpağının, xalqının azadlığı uğrunda axıdılıb. Bizlər son nəfəsimizə qədər onlara borcluyuq!!!

20 Yanvar faciəsinin 32-ci ildönümünü daha bir ürək ağrısı ilə yola saldıq. Azadlıq tariximizi yazan şəhidləri tək-tək yenə vərəqlədik.

Bir sözlə xiyabanda əsl izdiham yaşandı. Amma bu izdihamın içində keçmiş məmurlarımız – Prezident Adminstirasiyasının keçmiş şöbə müdiri Əli Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı, keçmiş Səhiyyə naziri Oqtay Şirəliyev, sabiq Nəqliyyat naziri Ziya Məmmədov, Milli Məclisin keçmiş sədri Oqtay Əsədov, “Azərsu” ASC-nin sabiq rəhbəri Qorxmaz Hüseynov, bir sözlə bir vaxtlar xalqın “xidmətində” duran tanınmış simalar gözə dəymədi.

Nə onların özlərini görə bildik, nə də qan yaddaşımızı xatırlayacaq, yaralarımızı sarıyacaq fikirlərini oxuduq.

Vəzifələrindən kənarlaşdırıldıqları kimi varlıqları da gözdən itən bu məmurların ümümxalq hüzn gününə və azadlığa gedən yol qurucularına etinasızlığı xalqın acısına həmrəy olmadıqlarının göstəricisidir.

Səbəb nədir?

İnsan içinə çıxmayacaq qədər üzləri qızarar? Yoxsa, hər zamanki kimi bu dəfə də biganəliklərini təkrarlayacaq xislətləri ilə davam etmək niyyətindədirlər?

Bu suallara cavabı özlərindən almağa çalışsaq da, keçmiş məmurlarımız susqunluqları ilə yenə də “gözdən-könüldən iraq deyib”çəkilməyə üstünlük veriblər. //bizimmedia.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.