Koronavirus kişilərdə impotensiya yaradır? Amerikalı alimlərdən şok xəbər

23-01-2022, 08:28           
Koronavirus kişilərdə impotensiya yaradır?
Mütəxəssislər peyvəndin ana olmağı planlaşdıran qadınlara heç bir mənfi təsir göstərmədiyini qeyd ediblər.
Koronavirusa qarşı peyvənddən imtina kişilərin səhhətində ciddi problemlərə səbəb ola bilər.
Bu barədə “American Journal of Epidemiology” nəşri məlumat yayıb.
Elmi jurnalda dərc edilən məqalədə bildirilib ki, SARS-CoV-2 koronavirusu vaksinasiyadan keçməyən kişilərdə potensiyanın qısamüddətli azalmasına səbəb ola bilər. Lakin peyvənd olunmuş şəxslərdə belə hallar müşahidə edilmir.
Bundan əlavə, mütəxəssislər peyvəndin ana olmağı planlaşdıran qadınlara heç bir mənfi təsir göstərmədiyini qeyd ediblər.
Onlar vaksinin deyil, yalnız koronavirusun sağlamlıq üçün təhlükə yaratdığını vurğulayıblar.
Qeyd edək ki, son dövrlərdə cütlüklər arasında sonsuzluq problemi artıb. Tibb işçiləri yeni qurulan hər 3 ailədən 1-nin müvəqqəti sonsuzluq problemi ilə qarşılaşdığını qeyd edirlər. Bu səbəbdən də, xəstəxanaların ginekologiya şöbələri övlad sahibi olmaq üçün müalicə kursu alan gənclərlə doludur.
Mütəxəssislər bunu son iki ildə dünyanı cənginə almış koronavirus pandemiyası ilə əlaqələndirirlər. Lakin koronavirus əleyhinə peyvəndlərin də sonsuzluq yaratdığına dair inam mövcuddur.
sputnik.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru