Poçt xitmətləri qalxıb, yoxsa vətəndaşlar aldadılır?

24-01-2022, 12:19           
Poçt xitmətləri qalxıb, yoxsa vətəndaşlar aldadılır?
Hacıqabul rayon poçtundan 2 il əvvəl 1,50 manata aldığım kiçik paketlər 2 manata verilir. Poçtdan bildirildi ki, rüsumlar artdığına görə qiymət dəyişib. Lakin “Azərpoçt”un rəsmi saytından öyrəndim ki, rüsum artmayıb, qiymət isə 1,40 manatdır.

Bu barədə Hacıqabul rayon sakini Maqsud Əsədovun Axar.az-a daxil olan şikayətində qeyd olunub.

O iddia edib ki, bu vaxta qədər poçt tərəfindən aladadılıb.

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Mehman Balabəyov bildirib ki, vətəndaş qəbzi təqdim etdiyi halda məsələ araşdırılacaq:

“Rüsumlar arasında qiymət fərqi var. Tariflər ötən həftədən artıb. İstənilən halda vətəndaşın şikayəti qəbzi təqdim etdikdən sonra araşdırılacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru