Apollon 17-nin 50 il əvvəl Aydan topladığı nümunə TƏQDİM EDİLDİ - FOTOLAR

26-03-2022, 00:06           
Apollon 17-nin 50 il əvvəl Aydan topladığı nümunə TƏQDİM EDİLDİ - FOTOLAR
ABŞ Milli Aeronavtika və Kosmos Agentliyinin 1972-ci ildə həyata keçirdiyi Apollon 17 missiyası çərçivəsində Aydan toplanan və bu günə qədər bağlı saxlanılan nümunə açılıb.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, təxminən 50 il əvvəl Aydan toplanan nümunə NASA-nın Hyustondakı Conson Kosmik Mərkəzində alimlər tərəfindən açılaraq araşdırılıb .

NASA-nın Elm Missiyası Direktorluğunun köməkçi administratoru Tomas Zurbuxen bildirib ki, 50 ildir vakuumlanmış bu inanılmaz qiymətli nümunəni açmaq fürsətləri olub və nəhayət içərisində hansı xəzinələrin olduğunu görə biliblər.

Nümunə “73001” adlandırıldı

Heç bir itkiyə məruz qalmamaq üçün nümunə diqqətlə araşdırılıb və tədqiqatda rentgen texnologiyasından istifadə edilib.

“73001” adlı nümunə 1972-ci ildə astronavtlar Gene Cernan və Harrison Schmitt tərəfindən toplanılıb və bu günə qədər Conson Kosmik Mərkəzində saxlanılıb.

Ayın səthindən toplanan nümunələr gələcəkdə Ayın təkamülünü öyrənməyə imkan verəcək.

NASA 2025-ci ilə qədər Aya insanlı missiyalar təşkil etməyi hədəfləyir.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.