İsraildə terror aktı törədənlərin şəxsiyyətləri müəyyənləşdirilib

28-03-2022, 09:55           
İsraildə terror aktı törədənlərin şəxsiyyətləri müəyyənləşdirilib
Ötən gün İsrailin Hadera şəhərində terror aktı törədənlərin şəxsiyyətləri müəyyənləşdirilib.

“Report” xəbər verir ki, bu barədə yerli “Ynet” nəşri bildirib.

Qeyd edilir ki, həmin şəxslər Umm al-Fahma İbrahim və Ayman Aqbariya adlı əmioğlulardır. Onlardan biri 2016-cı ildə İŞİD-lə əlaqədə ittiham olunaraq həbs edilib.

Cinayətkarlar Haderaya silahla gəliblər. Onların terror aktını əvvəldən planlaşdırdıqları məlum olub.

Qeyd edək ki, terror aktı zamanı 2 nəfər həlak olub, daha 6 nəfər yaralanıb. Cinayətkarlar polisin açdığı atəşlə zərərsizləşdiriliblər.

Hadisə terror aktı kimi qiymətləndirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru