Amerika kəşfiyyatı hesab edir ki, rusiyalı milyarder Roman Abramoviç və Rusiya ilə Ukrayna arasında danışıqlar təşkil edən qrupunun bir neçə üzvlərinin zəhərlənməsi halı baş verməyib. AzVision.az xəbər verir ki, bu barədə ABŞ rəsmisi "Reuters"ə açıqlamasında deyib.
Kəşfiyyatçıların fikrincə, nümayəndə heyətlərinin üzvlərinin ürək bulanmasına zəhərlənmə deyil, ekoloji faktor səbəb olub.
Anonimlik şərti ilə danışan mənbə "Kəşfiyyat bunun ətraf mühitlə əlaqəli olduğunu qəti şəkildə ehtimal edir" deyib. O, təfərrüatları açıqlamayıb.