Rusiyanın desant gəmisinin məhv edilməsinin təfərrüatları məlum olub

29-03-2022, 11:47           
Rusiyanın desant gəmisinin məhv edilməsinin təfərrüatları məlum olub
Müvəqqəti işğal olunmuş Berdyansk limanındakı Rusiyanın “Saratov” desant gəmisi birbaşa dənizdə döyüş üçün uyğunlaşdırılmayan silahlardan məhv edilib. Teref.az AzVision.az-a istinadla xəbər verir ki, bu barədə ukraynalı general-mayoru Viktor Yaqun deyib.

"Vəziyyət unikaldır, çünki heç kim heç vaxt gəmilərə qarşı belə bir silah sistemindən istifadə etməyib", - o bildirib.

Generalın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri müharibə başlayandan bəri bir neçə belə əməliyyat keçirib: "Odessa yaxınlığında bir patrul gəmisini sahildən raket sistemləri ilə “örtməyimiz”, bir katerə qarşı portativ zenit raket kompleksi istifadə etməyimiz və bu gəmiyə qarşı “Toçka-U”dan istifadə unikal vəziyyətlərdir. Dənizdə döyüş əməliyyatları üçün uyğunlaşdırılmayan silahların Ukrayna Silahlı Qüvvələri tərəfindən necə istifadə olunduğu təcrübəsi öyrənilə bilər".

O, həmçinin söyləyib ki, Ukrayna hərbçiləri işğal olunmuş ərazilərin əhalisindən fəal şəkildə davamlı olaraq kəşfiyyat məlumatları alır: "Hazırda işğal altında olan əhalinin əhəmiyyətli bir hissəsi könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinə və kəşfiyyata kömək edir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.