“Hər hücumda onlarla əsgər və texnika itirib geri qaçırlar...”

29-03-2022, 16:03           
“Hər hücumda onlarla əsgər və texnika itirib geri qaçırlar...”
Ukraynanın Luqansk vilayət administrasiyasının (vilayətin bir hissəsi Rusiyanın işğalı altındadır, orada qondarma “xalq respublikası” yaradılıb,-red.) rəhbəri Sergey Qayday bildirib ki, Rusiya ordusu cəbhəni yarmaq, vilayətin inzibati sərhədlərinə çıxmaq üçün əlavə qüvvələr toplayır.

Oxuməni.az xəbərverir ki, Ukrayna televiziyalarında təşkil olunan informasiya telemarafonunda çıxış edən Qayday deyib ki, hazırda intensiv döyüşlər gedir.

“Bizdə daim atışmadır, Luqansk vilayətinin Ukraynanın nəzarətində olan əraziləri atəş altındadır. Düşmən bütün şəhərləri atəşə tutur və Rubejnıy, Popasnıy istiqamətlərindən cəbhəni yarmağa çalışır. Lisiçansk, Severodonetsk, Popasnaya, Kremennaya yaşayış məntəqələri də daxil olmaqla bütün yaşayış məntəqələri atəşə məruz qalır”,-vilayət rəhbəri bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu əlavə qüvvələr cəmləşdirir, Rubejnıy istiqamətində onlar şəhərin ətrafına qədər irəliləyə biliblər. “Amma düşünürəm ki, bizim döyüşçülərimiz onları tezliklə oradan vurub çıxaracaqlar, çünki cinahlardan artıq sıxışdırmağa başlayıblar”,-Qayday deyib.

Vilayət rəhbəri bildirib ki, hər hücumdan sonra ruslar onlarla əsgər itirirlər, texnikanı döyüş meydanında atıb qaçırlar. Ona görə də onlar bütün gücü artilleriya və aviasiya zərbələrinə yönəldiblər, yaşayış məntəqələrində bütün binaları dağıtmağa çalışırlar.

Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov isə marafonda məlumat verib ki, İzyum şəhəri üzərində bu gün səhər saatlarında rusların Su-34 qırıcı-bombardmançısını və pilotsuz təyyarəsini vurublar. “İzyumda bizim silahlı qüvvələrimiz öz mövqelərini qoruyub saxlayırlar, düşmənin qüvvələrini məhv edirlər”,-o deyib. Onun sözlərinə görə, bu istiqamətdə düşmən böyük itkilər verir və İzyumdan yan ötərək Luqansk, Donetsk vilayətlərinin inzibati sərhədlərinə çıxmağa çalışır.

“Lakin bu istiqamətdə indiyədək heç bir əməliyyat uğurla başa çatmayıb”,-Sinequbov deyib.virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.