Müharibəyə görə Yaxın Şərqdə aclıq gözlənilir

30-03-2022, 00:04           
Müharibəyə görə Yaxın Şərqdə aclıq gözlənilir
Rusiyanın Ukraynaya müdaxiləsi Yaxın Şərqdə ərzaq problemlərinə səbəb ola bilər.

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Qeorqiyeva hesab edir ki, bu, yeni "ərəb baharı" üçün ilkin şərtlər yaradacaq.

Sfera.az xəbər verir ki, bu barədə o, Dohada keçirilən forumdakı çıxışında bildirib.

"Qiymətlər qalxanda və kasıb insanlar ailələrini dolandıra bilməyəndə onlar küçələrə axışacaqlar", - deyə Qeorqiyeva qeyd edib.

BVF rəhbəri dünya ictimaiyyətini ərzaq və enerji resursları qıtlığının, onların qiymətlərinin artmasının qarşısını almaq üçün səyləri əlaqələndirməyə çağırıb.

Qeorqiyeva bildirib ki, Ukraynada hərbi əməliyyatlar mümkün qədər tez dayandırılmalıdır ki, ölkə dünya bazarına taxıl çıxara bilsin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.