Xərçəng xəstəliyinin nadir formasının əlamətləri açıqlanıb

30-03-2022, 09:36           
Xərçəng xəstəliyinin nadir formasının əlamətləri açıqlanıb
Göz qapağının qaşınması xərçəng xəstəliyinin göz şişi adlanan nadir formasının əlaməti ola bilər.

Bu barədə “Report” “Express” qəzetinə istinadən xəbər verir.

Mütəxəssislərin fikrincə, melanoma xərçəngi hüceyrələrin anormal böyüməsi səbəbindən baş verir. Ancaq gözün bəzi hissələri bu xəstəliyə digərlərinə nisbətən daha həssasdır. İngiltərədə həkimlər 47 yaşlı qadının göz qapağının çox qaşınması halını qeydə alıblar. İki həftə sonra o, xəstəxanaya baş çəkib, burada müayinə və biopsiyadan sonra ona göz xərçəngi xəstəliyi diaqnozu qoyulub.

Reklamınızı SmartBee ilə effektiv edin.

Tədqiqatçıların müəyyən etdiyi kimi, bədənin bu hissəsinin melanoması olduqca nadir xəstəlikdir.

Xəstəliyin digər əlamətləri arasında “işığın yanıb-sönməsi”, gözlərin qarşısında dalğalı xətlər, bulanıq və ya görmə itkisi, gözdə böyüyən qaranlıq ləkə daxildir. Xəstənin göz qapağında şişkinlik ola bilər və bu yer ağrıyır.

Aimlər bildiriblər ki, əlamətlər mütləq xərçəng xəstəliyinə işarə etməsə də, müayinə üçün həkimə müraciət etmək tövsiyə olunur.

Qeyd edək ki, melanoma xərçəng xəstəliyinin ən təhlükəli növlərindən biridir. Xəstəlik tez inkişaf edir və metastaz verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.