Qarabağdakı Rus sülhməramlıları döyüşmək üçün Ukraynaya göndərilir - Yoxsa "АЛИЕВ А.А" yazılan isimlik Ukraynada nə gəzir? - FOTOFAKT
30-03-2022, 12:23
Sosial şəbəklərdə Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının bir hissəsinin Ukraynaya göndərildiyinə dair məlumatlar yer alıb.
VAXTMedia xəbər verir ki, Ukraynalı istifadəçilər telegram kanallarında ölkələrinə döyüşmək üçün göndərilən Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına məxsus əşyaların fotolarını paylaşıblar.
Paylaşımda Rusiyalı hərbçiyə məxsus formanın arasında Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlılara məxsus "МС" şevron və "АЛИЕВ.А.А" yazılan isimlik də olub.
Bu fakt bir daha Qarabağda müvvəqəti yerləşdirilən Rusiya sülhməramlılarının döyüşmək üçün Ukraynaya göndərildiyinədair məlumatları təsdiqləmiş olur.