Rusiya Kiyevi 3 günə tutacaqdı? ABŞ niyə yanıldı? - HƏQİQƏTƏN DƏ...
30-03-2022, 20:30
ABŞ ordusunun Avropa Komandanlığının rəhbəri Ted Uolters bildirib ki, ABŞ-ın kəşfiyyat məlumatlarının toplanmasındakı boşluq Rusiyanın imkanlarını həddən artıq qiymətləndirməsinə səbəb olub. Teref axar.az-a istinadla xəbər verir ki, bu barədə CNN məlumat verib.
“Buna görə də ABŞ Rusiya Ukraynaya hücum etməzdən əvvəl Kiyevin müdafiə imkanlarını lazımi səviyyədə qiymətləndirmirdi. Ötən ay Rusiya Ukraynaya hücum edəndə ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, Kiyev bir neçə günə rusların əlinə keçəcəkdi. Lakin rus hərbçiləri davamlılıq və logistika problemləri, eləcə də Ukrayna hərbçilərinin ciddi müqaviməti səbəbindən paytaxtda ilişib qaldı”, - məlumatda bildirilib.
CNN Uoltersin fikirlərinə də yer verib:
“Keçmişdə etdiyimiz kimi, bu müharibə başa çatdıqdan sonra biz bütün sahələrdə, bütün şöbələrdə fəaliyyətimizə hərtərəfli baxış keçirib, zəif yerlərimizin harada olduğunu aşkar edib, onların aradan qaldırılması yollarını tapacağıq”.