Qayaların üzərində müxtəlif oymalar, işarələr olduğu fotolardan da aydın görünür. Həmin işarələrin Tunc dövrünə aid olduğu ehtimal edilir.
Ərazidə böyük qaya daşı var ki, altında gizli mağara mövcuddur. O dövrün insanları buradan sığınacaq kimi istifadə edib. İçərisində geniş boşluq olan mağaranın ətrafında qədim insanların fəaliyyətini bildirən izlərə rast gəlinib.
Girişdə oyulmuş qaya üzərində cızıqlı çənlərə rast gəlmək mümkündür.
Ərazidə sitayiş yerlərini xatırladan oymalar və daşlardan düzəldilən çalalar da var. Abidənin üç-beş min il yaşı olduğu ehtimal edilir. Lakin abidə kimi qorunub-qorunmadığı məlum deyil.