AB-nin neft idxalını dayandırmasından sonra Rusiya ildə 10 milyard dollar itirə bilər. Çünki Rusiya öz neftini Asiya ölkələrinə “Brent” fyuçerslərinin qiymətindən təxminən 34 dollar ucuz satmağa məcbur olacaq. Bu barədə “Blumberq” yazıb.
Bildirilib ki, “Drujba” neft kəmərinin şimal qolu ilə Polşa və Almaniyaya ixracın dayandırılması daha 12 milyard dollar həcmində itkiyə səbəb olacaq. Amma Rusiya Macarıstan, Slovakiya və Çexiyaya “Drujba”nın cənub qolları vasitəsilə ixracdan 6 milyard dollara yaxın gəlir əldə etməyə davam edəcək.
Qeyd edək ki, AB ölkələri bu ilin sonuna qədər Rusiyadan neft alışını 90% azaltmaq barədə qərar veriblər.