AMEA-da prezident seçkisi niyə keçirilmir? - Misir Mərdanovdan AÇIQLAMA
1-06-2022, 08:43
“Azərbaycan Milli Elmlər Akademiyasında prezident seçkisinin nə vaxt keçiriləcəyi ilə bağlı dəqiq fikir söyləyə bilmərəm. Seçkinin təşkili məsələsi isə Nizamnamədə qeyd olunub”. Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov deyib.
M.Mərdanov AMEA-ya 3 aydan artıq müddətdə prezident seçilməməsinin səbəbləri və bu məsələdə Ramiz Mehdiyevin təsirinin olub-olmaması barədə suala cavab vermək istəməyib.