30 dollara aldığı tablonu 50 milyona satdı

5-06-2022, 08:57           
30 dollara aldığı tablonu 50 milyona satdı
ABŞ-ın Massaçusets ştatında yaşayan qadının bəxti gətirib.
Qadın cavan ikən 30 dollara aldığı tablonu evində yer tutduğu üçün satışa çıxarıb. Elə həngamə də bundan başlayıb.

Rəsmi qəbul edən antikvariat satıcısı bunu yoxlatmaq qərarına gəlib. Sən demə lüzumsuz hesab edilən əsər məşhur rəssam Albrext Dürerin (1471-1528) orijinal əsəridir.

Söhbət “Oturmuş Müqəədəs Məryəm ana və Uşağı gül dəstəsi ilə” adlı əsərdən gedir.

1506-cı ildə çəkilmiş rəsm hərracda 50 milyon dollara satılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru