Leninqradı xilas edən pişiklər... HADİSƏ
6-06-2022, 08:48
![Leninqradı xilas edən pişiklər...](/uploads/posts/2022-06/1654456976_1.jpg)
1941-ci ildə almanlar tərəfindən mühasirədə olan Leninqradda aclıq başlayır.
Bu aclıq qışda daha dəhşətli xarakter alır. Küçələrdən it və pişiklər yavaş-yavaş azalmağa başlayır. Məlum olur ki, it-pişikləriin azalmasına səbəb, ac əhalinin onları tutub yeməsidir. Bu səbəbdən 1943-cü ilin əvvəlində şəhərdə bütün pişiklər yoxa çıxır və şəhəri kütləvi şəkildə siçovullar bürüyür. Siçovullar o qədər azğın və ac idilər ki, küçələrdəki meyidləri və binaların divar və taxta-tuxtalarını belə yeyirdilər. Hətta insanlara hücum etməkdən belə qətiyyən çəkinmirdilər. Bununla da onlar təhlükəli xəstəliklər yayırdılar. Onlara qarşı mübarizədə xüsusi briqadalar yaradılsa da, heç bir xeyri olmur.
Blokada yarıldıqdan sonra -1943-cü ilin aprelində Yaroslavl şəhərindən buraya 4 vaqon "Baca pişiyi" cinsli pişik gətirirlər. Məhz bu növ pişiklər siçovullara qarşı mübarizədə bir nömrə hesab olunurdular. Pişiyin qiyməti 500 rubl idi, halbuki həmin vaxt çorəyi 50 rubla satırdılar.
Yarsolavl pişikləri şəhəri siçovullardan xilas edə bildilər, amma tam köklərini kəsməyi bacarmadılar. Müharibədən sonra isə buraya 5 min Sibir pişiyi gətirildi. Bundan sonra siçovulların kökü tam kəsilir. Hazırda Sankt-Peterburq şəhərinin Maloy Sadavoy küçəsində Yelisey və Vasilisa adlı pişiklərə xatirə heykəli qoyulub.
Qeyd edək ki,Leninqradı xilas etdiklərinə görə Rusiyada hər il qeyri-rəsmi olaraq mart ayının 1-i Pişik günü kimi qeyd olunur.
Elşad Səfərov
Teref.az