İntihar edən əsgərlə bağlı YENİ FAKTLAR

6-06-2022, 08:35           
İntihar edən əsgərlə bağlı YENİ FAKTLAR
Bu gün avtomat silahdan atəş açaraq intihar edən Azərbaycan Ordusunun əsgəri Abdullazadə Səid Məzahir oğlu barədə bəzi faktlar məlum olub.

Mərhum əsgərin yaxınları Modern.az-a bildiriblər ki, Səid Abdullazadə Şamaxı rayonunun Məlikçobanlı kəndində doğulub boya-başa çatıb.
Ətraflı

Ailədə dörd uşaq olublar - 2 bacı, 2 qardaş. O, hərbi xidmətə yollanarkən sağlıq durumunda heç bir problem olmayıb. S.Abdullazadə ailəsi ilə telefon əlaqəsi saxlayarkən xidmət zamanı nədənsə şikayətinin olub-olmaması barədə danışmayıb.

Əsgərin yaxınları onun hansı səbəbdən intihar etməsindən xəbərsizdirlər.

Məlumata görə, intihar edən hərbi qulluqçu oktyabr ayında tərxis olunacaqdı.

Qeyd edək ki, əsgər Səid Abdullazadənin özünə qəsd etməsinin səbəbi araşdırılır. Faktla bağlı cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru