Xərçəng xəstəliyinin DƏRMANI TAPILDI q
7-06-2022, 17:03
![Xərçəng xəstəliyinin DƏRMANI TAPILDI](/uploads/posts/2022-06/1654606970_1.jpg)
Memorial Sloan Kettering Xərçəng Mərkəzində aparılan elmi sınaq müsbət nəticə verib və sınaqda iştirak edən xəstələrin hamısı xərçəngdən tam sağalıb.
Hafta.az-ın yazdığına görə, elmi araşdırma rektum xərçəngi (Bağırsaq xərçəngi) xəstələri üzərində aparılıb. Fiziki muayinə, endoskopiya, PET və MRT yoxlamaları zamanı sözügedən xəstələrdən heç birində xərçəng hüceyrəsi tapılmayıb. Lakin tədqiqat 18 nəfərlik kiçik bir qrup üzərində aparıldığı üçün, ekspertlər deyirlər ki, eyni proses daha böyük qrupla təkrarlanmalıdır.
Memorial Sloan Kettering Xərçəng Mərkəzinin əməkdaşı doktor Luis A.Diaz "New England Journal of Medicine"də nəşr olunan və GlaxoSmithKline əczaçılıq şirkəti tərəfindən dəstəklənən araşdırma haqqında yazdığı kiçik məqaləsində qeyd edib ki, indiyədək bu xəstəliyin müalicəsində belə inqilabi sağalma halının olduğunu eşitməmişdi.
San-Fransiskodakı Kaliforniya Universitetinin doktoru, xərçəng xəstəliyi üzrə mütəxəssis, amma bu tədqiqatda iştirak etməyən Alan P.Venook da qeyd edib ki, sınağa qatılan 18 xəstənin xərçəngdən tam sağalması tarixdə ilk hadisədir və möcüzədir.
"Haqqında danışılan rektal xərçəng xəstələri kemoterapiya, radiasiya, bağırsaq, sidik və cinsi disfunksiya ilə nəticələnə biləcək həyatı dəyişdirən cərrahiyyə kimi çətin müalicələrlə üzləşəcəkdi və bəziləri kolostomiya torbalarına ehtiyac duyacaqlardı. Amma onlar ümidlə sınağa qatıldılar və qətiyyən düşünmürdülər ki, bədənlərini yeyən şişlər yox olacaq. Bu da nəticəsi: bu 18 xəstənin heç birinin daha müalicəyə ehtiyacı yoxdur", - deyib doktor Venook.
Doktor Venook əlavə edib ki, həm də xəstələr üzərində aparılan tibbi sınaqlarda istifadə olunan dərmanlar orqanizmə heç bir yan təsir göstərməməsi ilə diqqəti çəkir. Başqa bir sürpriz isə odur ki, müalicə zamanı xəstələrdən heç birində kliniki ağırlaşma halı qeydə alınmayıb.
"Orta hesabla, hər beş xəstədən birində dostarlimab - “nəzarət nöqtəsi inhibitorları” kimi tanınan dərmanlara qarşı mənfi reaksiya var. Dərman altı ay ərzində, üç həftədən bir verilirdi və hər dozanın qiyməti təxminən 11 min dollardır. Dərman xərçəng hüceyrələrinin maskasını açır, immunitet sisteminə onları müəyyənləşdirib məhv etməyə imkan verir", - deyib doktor Venook.
O, qeyd edib ki, əksər reaksiyalar asanlıqla idarə olunsa da, nəzarət nöqtəsi inhibitorlarını qəbul edən xəstələrin 3 faizdən 5 faizə qədəri daha ciddi fəsadlar yaşayır, bəzi hallarda əzələ zəifliyinə, udma və çeynəmə çətinliyinə səbəb olur.
Rektum xərçənginin tədqiqatına başlamağa həvəs, 2017-ci ildə doktor Diazın rəhbərliyi altında və dərman istehsalçısı Merck tərəfindən maliyyələşdirilən klinik sınaqdan gəlib. Həmin sınağa bədənlərinin müxtəlif yerlərində metastatik xərçəngi olan 86 nəfər daxil idi. Lakin bütün xərçənglər hüceyrələrin DNT-nin zədəsini bərpa etməsinə mane olan bir gen mutasiyasına malik idi. Bu mutasiyalar bütün xərçəng xəstələrinin 4 faizində müşahidə edilir.
Bu sınaqda xəstələr Merck nəzarət nöqtəsi inhibitoru olan "Pembrolizumab" adlı dərmanı iki ilədək qəbul etdilər. Xəstələrin təxminən üçdə birində şişlər kiçildi və ya sabitləşdi, onlar daha uzun yaşadılar, 10 faiz xəstədə isə şişlər tamamilə yox oldu.
Bundan sonra alimlər inkişaf etmiş düz bağırsağın xərçəngi olan xəstələrdə tədqiqat aparmaq qərarına gəliblər.
Digər orqanlara yayılmayan, düz bağırsağa və limfa düyünlərinə yayılan şişləri olan xəstələrə rast gəlinib. Doktor Cercek 2017-ci ildə aparılmış sınaqda eyni mutasiyaları olan bəzi xəstələrə kemoterapiyanın kömək etmədiyini bildirib. Çünki müalicə zamanı düz bağırsağın şişləri kiçilmək əvəzinə daha da böyüyüb.
Doktor Cercek və doktor Diaz hesab edirdi ki, nəzarət nöqtəsi inhibitoru ilə immunoterapiya belə xəstələrə kimyaterapiya, şüalanma və cərrahi müdaxilədən qaçmağa imkan verəcək.
Doktor Diaz yoxlama məntəqəsi inhibitorları istehsal edən şirkətlərdən kiçik bir sınaq üçün sponsorluq edib-etməyəcəklərini soruşmağa başlayıb. Lakin şirkətlər eksperimentin çox riskli olduğunu bildirərək bu təklifi rədd ediblər. Tədqiqatçıların təklif etdiyi üsula görə, müalicə zamanı xəstələrdəki şişlər daha da böyüyə bilərdi.
Nəhayət, ümidlər puça çıxarkən kiçik biotexnoloji firma olan "Tesaro" tədqiqata sponsorluq etməyə razılıq verdi. Amma "Tesaro" da "GlaxoSmithKline" tərəfindən satın alındı. Buna baxmayaraq, doktor Diaz bu kiçik təcrübənin aparmaq üçün razılıq aldığını bildirib.
Sınaqın ilk xəstəsi 2019-cu ildə ilk dəfə rektal qanaxma müşahidə edən 38 yaşlı Sasça Ruf idi. Tezliklə Corctaun Universitetində kimyaterapiyaya başlamalı idi, lakin yaxın dostlarından biri israr edib ki, əvvəlcə "Memorial Sloan Kettering"də işləyən doktor Filip Pati ilə görüşsün. Doktor Pati deyib ki, xərçəngdə mutasiya getdiyi üçün kimyaterapiyaya yaxşı reaksiya verməcək. Beləliklə, Ruf klinik sınaqdan keçmək üçün uyğun oldu. Kimyaterapiyaya başlasaydı, bu təcrübədə iştirak edə bilməzdi.
"Dostarlimab"tan normal müalicə gözləməyən Ruf, sınaq bitdikdən sonra radiasiya, kemoterapiya və güman ki, əməliyyat üçün Nyu Yorka köçməyi planlaşdırmışdı. Gözlənilən radiasiya müalicəsindən sonra ana olma şansını saxlamaq məqsədilə yumurtalıqlarını belə cərrahi yolla götürdüb qabırqaların arxasında yerləşdirmişdi.
Dərman müalicəsindən sonra Ruf tam yaxşılaşdı və aradan iki il keçməsinə rəğmən hələ də bədənində xərçəngdən əsər-əlamət yoxdur.