BİABIRÇILIQLA gündəm olan Zəkay Şayev görün kimdir - Onu Misir Mərdanov və Vilayət Vəliyevlə nə bağlayır

10-06-2022, 14:09           
BİABIRÇILIQLA gündəm olan Zəkay Şayev görün kimdir - Onu Misir Mərdanov və Vilayət Vəliyevlə nə bağlayır
Xəbər verdiyimiz kimi, 2021-ci ildə Bakıda yerləşən 152 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Sözügedən məktəbin direktorun Zəkay Şayev Şaban oğludur. O 2020-ci ildən 152 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışır.

Teref.az yazır ki, 32gun.az-ın əldə etdiyimiz məlumata görə, dosent Zəkay Şayev həmçinin Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyevin əmri ilə həmin ali məktəbin “Nəqliyyat” fakültəsinin müvəqqəti dekanı təyin edilib. Sonradan onun universitetdəki vəzifəsi dəyişdirilib. Zəkay Şayev hazırda Azərbaycan Texniki Universitetində Tədris hissə müdiri vəzifəsində də çalışır.

2011-ci ildə o dövrdəki nazir Misir Mərdanovun əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.