2082-ci ildən gəldiyini deyən “TikTok” istifadəçisinin ŞOK PROQNOZLARI

20-08-2022, 17:08           
2082-ci ildən gəldiyini deyən “TikTok” istifadəçisinin ŞOK PROQNOZLARI
2082-ci ildən gəldiyini iddia edən "TikTok" istifadəçisinin son açıqlaması yenə gündəm olub.

TEREF Sfera.az-a istinadən bildirir ki, o, sosial media hesabından İngiltərə kraliçası II. Elizabethin nə vaxt öləcəyini deyib, həmçinin növbəti 23 ildə baş verəcək digər hadisələrin siyahısını təqdim edib.

"TikTok"da "timetraveller_2082" olaraq qeydiyyatdan keçən istifadəçi bildirib ki, "2023-cü ildə "Big Ben" gözlənilməz zəlzələ nəticəsində dağılacaq, "GTA 7" 2030-cu ildə çıxacaq.

O, daha sonra Kraliça Elizabet 4 oktyabr 2022-ci ildə vəfat edəcəyini, 2046-cı ildə isə Niaqara şəlaləsinin böyük darboğaza çevriləcəyini və suyun səviyyəsinin yüksələcəyini deyib.

Sözügedən şəxs "Tottenhem kuboku qazanacaqmı?" sualını isə "Bəli, 4 ildən sonra! Lakin 2030-cu ildə iflas edəcək", kimi cavablandırıb.

Xatırladaq ki, daha əvvəl 19 yaşlı Hannah Carroll da İngiltərə kraliçasının bu il öləcəyini demişdi. Onun 2022-ci il üçün yazdığı 28 proqnozdan 10-u gerçəkləşmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru