AZAL-dan Moskva-Bakı reysi ilə bağlı açıqlama: Bilet tapa bilsəniz, bu qiymətədir…

27-09-2022, 09:33           
AZAL-dan Moskva-Bakı reysi ilə bağlı açıqlama:
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaqədar Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin maksimal dəyərini açıqlayıb.

Maksimal qiymət ekonom sinif üzrə 409 avro, biznes sinifi üzrə 769 avro, “VIP Club” tarifi üzrə isə 869 avrodur.

“AZAL-la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın “Aeroflot”, “Rossiya”, “Utair”, “Azimuth” və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır.

Aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümdən və bir sıra digər kriteriyalardan asılıdır”, – deyə aviaşirkət bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru