ABŞ-da depressiyaya düşənləri çipləyəcəklər

29-09-2022, 10:44           
ABŞ-da depressiyaya düşənləri çipləyəcəklər
Depressiya - insanın, demək olar ki, daim pis əhvalda olduğu, sevinc duymadığı və həyata maraq göstərmədiyi ciddi psixi xəstəlikdir. Dərman müalicəsinə çox zəif cavab verir və buna görə də bioloqlar terapiyanın alternativ üsullarını axtarırlar.

Amerikalı alimlər bu məqsədlə çip implantasiyası sınaqdan keçirmək qərarına gəliblər.

Ümumiyyətlə, depressiyanın müalicəsi üçün beynin maqnit və elektrik stimulyasiyasının effektivliyinə dair sübutlar var, lakin prosedurun mürəkkəbliyi səbəbindən bu cür üsulları praktikada tətbiq etmək olduqca çətindir. Alimlərin sözlərinə görə, çip implantasiyası bu problemi həll edir.

Artıq bir qrup könüllü üzərində bu əməliyyat aparılıb. Məlumata görə, çip hər gün 15 dəqiqə ərzində onlarda beynin müəyyən hissələrinin elektrik stimullaşdırılmasını həyata keçirir.

Könüllülər bir il həkimlər tərəfindən müşahidə olunacaqlar. Alimlər bundan sonra metodun effektivliyi və təhlükəsizliyi barədə nəticə çıxaracaqlar.

Mənbə: Gazeta




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.