Azərbaycan narı İrəvan bazarında: “Gürcüstan üzərindən daşıyırlar”

28-11-2022, 08:44           
Azərbaycan narı İrəvan bazarında:
Son bir həftə ərzində Azərbaycandan gətirilmiş nar Ermənistan bazarına hakim kəsilib. Bu səbəbdən Meğridə yetişdirilən nar fermerlərin anbarlarında yığılıb qalıb. JAMAZ.İNFO xəbər verir ki, bunu Meğridə yaşayan kənd təsərrüfatı mütəxəssisi Qevorq Marqaryan deyib.

Marqaryan bildirib ki, Azərbaycan narı Gürcüstana, oradan da Ermənistana keçirilir. “İş adamları bunu edirlər. Ucuz başa gəlir deyə, Azərbaycan narını Gürcüstan üzərindən Ermənistana daşıyırlar. Vicdansızdırlar, imkan versinlər, biz narlarımızı sataq, ondan sonra gətirsinlər”.

Erməni aqronom onu da deyib ki, Azərbaycandan Ermənistana gətirilən nar sortu Gəncə narıdır. “Ermənistana gətirilən məhsul Gəncə narıdır. Noyemberyan və İcevanda Gəncə narı növünə aid xüsusi ağaclar var. Həmin sort Qarabağda da bitir. Həmin meyvə parlaq qırmızı rəngi ilə seçilir. Bir də Gəncə narının tacı da fərqlidir və daha şuxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru