Türkiyədə benzin Azərbaycandan ucuzdur – Avropa ölkələrinin tam siyahısı

28-11-2022, 18:56           
Türkiyədə benzin Azərbaycandan ucuzdur –
Əvvəlki aylarda olduğu kimi noyabr ayında da Avropa ölkələri arasında “Aİ-95” ("Premium") markalı benzinin ən ucuz qiymətə satıldığı ölkə Rusiya hesab olunur.
TEREF.AZ-ın məlumatına görə, Yeniavaz.com məşhur "Autotraveler" portalına istinadən xəbər verir ki, Rusiyada “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 0,83 avro (1,47 manat) təşkil edir.

Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə İslandiya hesab olunur. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litri 2,12 avroya (3,8 manat) satılır.

Avropa ölkələri arasında 5-ci sırada olan Azərbaycanda “Aİ-95 markalı benzinin 1 litrinin qiyməti 2 manata (1,14 avro) bərabərdir.
Avropada “Aİ-95” markalı benzinin Azərbaycandan ucuz olduğu 3 ölkə var - Rusiya, Belarus və Türkiyə.

"Autotraveler" portalının açıqladığı məlumatda Avropa ölkələrində “Aİ-98” markalı benzinin qiyməti aşağıdaki kimi olub:
Rusiya – 0,83 avro
Belarus – 0,99 avro
Türkiyə– 1,11 avro
Azərbaycan – 1,14 avro
Gürcüstan – 1,29 avro
Ermənistan – 1,46 avro
Ukrayna – 1,33 avro
Malta – 1,34 avro
Moldova – 1,34 avro
Polşa – 1,39 avro
Monteneqro – 1,44 avro
Şimali Makedoniya – 1,44 avro
Bosniya və Herseqovina – 1,46 avro
Sloveniya – 1,48 avro
Bolqarıstan – 1,48 avro
Rumıniya – 1,51 avro
Kipr – 1,53 avro
Xorvatiya – 1,53 avro
Lüksemburq – 1,54 avro
Serbiya – 1,56 avro
Litva – 1,65 avro
Andorra – 1,66 avro
Macarıstan – 1,66 avro
Çexiya – 1,67 avro
İtaliya – 1,68 avro
İrlandiya – 1,70 avro
Slovakiya – 1,72 avro
Avstriya – 1,72 avro
Latviya – 1,73 avro
İspaniya – 1,74 avro
Portuqaliya – 1,75 avro
Albaniya – 1,78
İsveç – 1,78 avro
Fransa – 1,80 avro
Belçika – 1,81 avro
Estoniya – 1,84 avro
Danimarka – 1,91 avro
Almaniya – 1,92 avro
İsveçrə - 1,93 avro
Böyük Britaniya – 1,94 avro
Niderland – 1,96 avro
Finlandiya – 1,98 avro
Norveç – 2,03 avro
Yunanıstan – 2,05 avro
İslandiya – 2,12 avro












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru