Koronavirusun Spilberqə “sürpriz”i: Uşaqlığını qaytardı, amma... - FOTO

30-11-2022, 11:14           
Koronavirusun Spilberqə “sürpriz”i:
Dünyanın tanınmış rejissorlarından olan Stiven Spilberq koronavirusa yoluxub. Bu səbəbdən o, çəkdiyi “Fabelmanlar” (“The Fabelmans”) filminin mükafatlandırma mərasimində iştirak edə bilməyib.

Məlumata görə, məşhur rejissor Nyu-Yorkda keçirilən “Gotham Awards” mərasimində bu filmdə iştirak edən aktrisa Mişel Uilyamsa (baş rol ifaçısının anası) mükafat təqdim etməli idi. Lakin “qırmızı xalı”nın açılışına az qalmış tanınmış rejissorun koronavirus testinin cavabının müsbət çıxdığı aydın olub. Beləliklə, 42 yaşlı kino ulduzuna mükafatı Spilberq deyil, aktrisanın layihə üzrə həmkarı Pol Dano təqdim edib.

Qeyd edək ki, amerikalı rejissorun çəkdiyi “Fabelmanlar”da baş rolları Qabriel Labell, Mişel Uilyams, Pol Dano və Set Rogen oynayırlar. Sentyabr ayında premyerası baş tutan film Toronto Film Festivalında “Tamaşaçı simpatiyası” baş mükafatına layiq görülüb. Film Stiven Spilberqin Arizonada yaşadığı illərə - uşaqlıq xatirələrinə əsaslanır.

Maraqlıdır ki, rejissor məhz pandemiyanın onu uşaqlığı haqqında film çəkməyə vadar etdiyini demişdi, indi isə elə koronavirus onun üçün çox əhəmiyyətli bir tədbirdə iştirak etməsinə mane olub.





Mənbə: Teleproqramma.pro












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.