Sahibsiz itlərlə qarşılaşdıqda nə etməli? Mütəxəssisdən tövsiyələr - FOTO

30-11-2022, 12:08           
Sahibsiz itlərlə qarşılaşdıqda nə etməli? Mütəxəssisdən tövsiyələr - FOTO
Sənaye zonalarında, meşə parklarında və tikinti sahələrində yaşayan sahibsiz itlər daha təhlükəlidir, onlarla daha ehtiyatlı davranılmalıdır.

Bu barədə rusiyalı kinoloq, Moskva Kənd Təsərrüfatı Akademiyasının eksperti Vasili Baxman xəbərdarlıq edib.

Onun sözlərinə görə dəstəyə qoşulan itlər aqressiv olurlar, lakin insan tərəfindən təhlükə olmadıqda, dözümlü davrana bilərlər.

“Buna görə də, onları təqib, ya təhdid etməməli, yaxud da əksinə yedizdirməyə cəhd etməməlisiniz. Bu cür itlərlə qarşılaşdıqda sakitcə hərəkətə davam etməli, rəvan şəkildə trayektoriyanı dəyişdirməli, sürü ilə aranızdakı məsafəni uzatmalısınız. Əgər küçə itlərinin yaşayış məskəninə daxil olmusunuzsa təlaşa düşməyin. Girdiyiniz istiqamətdə geri qayıdın. Ancaq bu zaman insan özünü maksimum ələ almalıdır”, - deyə deyə kinoloq bildirib.

Mənbə: Moslenta












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru