Qədimdə dişlər niyə sağlam olurdu? - Nə məcun vardı, nə fırça

30-11-2022, 09:55           
Qədimdə dişlər niyə sağlam olurdu? -
Tədqiqatlar göstərir ki, paleolit ​​dövründə ovçu-toplayıcı insanların dişləri oturaq insanlarınkından daha yaxşı vəziyyətdə idi.

Publika.az “Haber Global”a istinadla xəbər verir ki, alimlərin fikrincə, ovçuların ağız sağlamlığı indiki insanlardan da yaxşı idi.

Yeməli qida tullantıları uzun müddət diş ətrafında qaldıqda diş daşı (tartar) əmələ gəlir. Yemək yeyildikdə dişlərə yapışan tartar, hətta minlərlə il əvvəl insanların nə yediyini, ağızlarında hansı bakteriyaların olduğunu və ağız sağlamlığının necə olduğunu bilmək imkanı verir.

Dişlər üzərində aparılan araşdırmalar göstərir ki, ovçu-toplayıcı həyat sürən Paleolit ​​insanlarının ağız sağlamlığı, sonrakı Neolit ​​dövrü insanlarının və hətta indiki insanların ağız sağlamlığından qat-qat yaxşı idi.

Tarixdən əvvəlki dövrlərdə yaşayan insanların skeletlərindən alınan 34 dişi tədqiq edən Avstraliya Qədim DNT Mərkəzinin direktoru Alan Kuper deyib ki, yalnız ət və tərəvəz yeyən ovçuların dişləri həqiqətən yaxşı idi.

Kuperin fikrincə, hətta indiki insanların ağız sağlamlığı Paleolit ​​dövründəki ovçu-yığıcı xalqlarınkından daha pisdir. Bunun əsas səbəbi sənaye inqilabı ilə birlikdə emal olunmuş un və şəkər istehlakının artmasıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.