Gültəkin Hacıbəylini KİM MƏHKƏMƏYƏ VERİB? - "Türk millətinə nifrəti var"

30-11-2022, 14:14           
Gültəkin Hacıbəylini KİM MƏHKƏMƏYƏ VERİB? - "Türk millətinə nifrəti var"
Gültəkin Hacıbəyli Nəsimi Rayon Polis İdarəsindən Nəsimi Rayon Məhkəməsinə aparılıb və oradan da sərbəst buraxılıb.

TEREF.AZ bildirir ki, bu barədə Gununsesi.info-ya vəkil Bəhruz Bayramov deyib.

Onun sözlərinə görə, Gültəkin Hacıbəyli barəsində ittiham üzrə məhkəməyə getmədiyi üçün axtarış elan edilib: “Gültəkin xanım Avropada olduğundan bu çağırışlar ona çatmayıb. Ümumiyyətlə, məhkəməyə verilməsindən xəbərsiz olub. Ona görə də hava limanında saxlayıblar. İcraat təzələndi, hazırda iş davam edir. Dekabrın 8-də məhkəmə prosesi olacaq”.

Gununsesi.info-ya açıqlamasında isə Gültəkin Hacıbəyli sosial şəbəkədə bir nəfər şəxslə mübahisəsinə görə məhkəməyə verildiyini deyib: “Leyla Arif adlı birisidir. Tanımıram. Separatçılıq edir. Hər zaman azərbaycanlıları təhqir edr. Türk millətinə nifrəti var. Mən ona demişəm ki, bölücülük edirsən”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru