"Azəriqaz"-dan qaz limiti ilə bağlı AÇIQLAMA

13-12-2022, 00:08           
"Azəriqaz"-dan qaz limiti ilə bağlı AÇIQLAMA
Dekabr ayında havaların soyuq keçməsi əhalinin təbii qaza olan tələbatını artırıb.

İlin sonuna bir aydan az müddət qalıb, əhalinin qaz sərfinə tətbiq edilən limit qalmaqdadır. Qazın istehlakına tətbiq edilən limit hər il yanvar ayında sıfırlanır.

Qeyd edək ki, 2021-ci il oktyabr ayından Tarif (qiymət) Şurasının qərarına əsasən, əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir.

Yəni əhali qrupu üçün təbii qazın illik istehlak həcmi 1200 kubmetrədək olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 1200-2500 kubmetrə görə 20 qəpik, 2500 kubmetrdən çox olduqda isə hər kubmetrə görə 25 qəpik ödənilir.

Cari ildə nə qədər abonent ilkin limiti keçib?

Məsələ ilə bağlı Cebhe.info-ya danışan “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib ki, abonentlərin təxminən yarısı aşağı tariflə qaz alıb:

“On bir ayın nəticəsinə görə, 48 faiz abonent ilk limiti keçməyib. Ötən ilin eyni dövründə isə 44, 8 faiz limiti keçən abonent qeydə alınmışdı”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.