Traktoru Zəngilandan Eçmiədzinə aparıb, “Türklər qənimət götürdü” deyib 10 min dollar təzminat alıdı - Erməni fırıldağı

3-02-2023, 18:28           
Traktoru Zəngilandan Eçmiədzinə aparıb, “Türklər qənimət götürdü” deyib 10 min dollar təzminat alıdı - Erməni fırıldağı
44 günlük müharibə vaxtı bəzi ermənilər diribaş tərpənərək, həm Qarabağdakı qondarma rejimi, həm də Ermənistan hökumətin aldada biliblər. TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, onlardan biri də istintaqda adı R.Q kimi göstərilən şəxsdir.

Belə ki, Ermənistan hüququ mühafizə orqanları araşdırma zamanı müəyyən ediblər ki, 44 günlük Vətən Müharibəsi zamanı Zəngilan rayonunun Mincivan qəsəbəsində qanunsuz olaraq məskunlaşmış R.Q vəziyyətdən istifadə edərək, lizinq yolu ilə götürdüyü traktoru aradan çıxara bilib. O, əvvəlcə “Agrotron-180” markalı təkərli traktoru Zəngəzura, oradan isə Eçmiəzdin şəhərinə apararaq, orada gizlədib.

Amma bununla bağlı rəsmi qurumlara məlumat verib ki, guya, Azərbaycan Ordusu Zəngilan rayonunu işğaldan azad edən zaman traktor orada qalıb. Bunu əsaslandırmaq üçün şahid də tapıb, sənəd də düzəldib. Nəticədə, Ermənistan hökuməti “itmiş traktor” üçün R.Q-yə lizinq borcunu bağlamaqla yanaşı, dəymiş zərər olaraq 10 min dollar pul da ödəyib.

Bir neçə gün əvvəl isə R.Q-nin traktoru Eçmiəzdində tapılıb. Bundan sonra erməni polisi cinayət işi açıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru