Məktəb müəllimi: "Ağa Məhəmməd Şah Qacar türklərin düşməni olub"

27-02-2023, 11:46           
Məktəb müəllimi: "Ağa Məhəmməd Şah Qacar türklərin düşməni olub"
Teref.az yazır ki, İctimai-siyasi fəal Anar Salehoğlunun təhsilimizin bağlı qaldırdığı daha bir problemi təqdim edirik:
Bu sözü Xətai rayonunda yerləşən məktəblərin birində tarix müəllimi səsləndirib. Dünən iki nəfər 9-cu sinif şagirdi ilə tanış oldum. Tarixə ekskurs edərək müzakirələr apardıq. Ağa Məhəmməd Şah Qacar haqqında danışanda gənc şagird "O, türklərin düşməni olub, Azərbaycanı işğal edib" dedi. Soruşdum ki, sənə bunu kim deyib?. Cavab verdi ki, tarix müəllimimiz deyib.
Ona məsələni ətraflı izah etməyə çalışdım. Ağa Məhəmməd Şah Qacarın Azərbaycanın bütövlüyü uğrunda mübarizə apardığını, əslində Səfəvi İmperiyasını bərpa etməyə çalışdığını söylədim. Gənc təəccübləndi və müəlliminin niyə həqiqəti deməyib yalan danışdığını düşünməyə başladı.
Əziz həmvətənlər bu hadisə bəzi məktəblərdə tarix müəllimlərinin naşı intelektlərinin məhsullarını şagirdlərə aşıladıqlarını bir daha sübut edir. Müəllimin tarixi şəxsiyyət, türk Qacar dövlətinin şahı, böyük sərkərdə Ağa Məhəmməd Şah Qacarı aşağılamaqda, onun haqqında gələcək nəsillərdə mənfi rəy yaratmaqda məqsədi nədir? Nəyə görə tarixi saxtalaşdırır? Şah Qacar Azərbaycanı nə vaxt işğal edib? Türk ola-ola Ağa Məhəmməd Şah necə türklərə nifrət edə bilərdi?
Bu suallara o, müəllimin cavabı nə olar görəsən... Acınacaqlı vəziyyətdir...
Anar Salehoğlu
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.