Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

27-02-2023, 21:43           
Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
Rusiya Bakının rus dilinə və mədəniyyətinə diqqətli münasibətini yüksək qiymətləndirir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN-in nazir Sergey Lavrovun Azərbaycana səfər proqramı ilə bağlı yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlıq fəal şəkildə inkişaf etdirilir.

“Biz azərbaycanlı dostlarımıza bu işdə, o cümlədən respublikada rus dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi, professor-müəllim heyətinin hazırlanması, azərbaycanlı tələbələrin Rusiya ali məktəblərində təhsili üçün kvotaların artırılması məsələlərində lazımi köməklik göstərməyə hazırıq”, -Rusiya XİN-in məlumatında qeyd olunub.

O da bildirilib ki, hazırda Rusiyada 8 minə yaxın azərbaycanlı tələbə təhsil alır: “Onlardan 1000-i federal büdcə hesabına təhsil alır. Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox dövlət təqaüdü verilir. Bakıda M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin və İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Müvafiq müqavilə-hüquqi baza sayəsində Rusiya diplomları Azərbaycanda, Azərbaycan diplomları isə Rusiyada tanınır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru