Kadırovdan müsəlmanlara şok çağırış: NATO-ya qarşı birləşin!
28-02-2023, 12:31

“Mən bunu dəfələrlə demişəm və bir daha qeyd etmək istəyirəm ki, bu ərazilərdə biz təkcə dinc əhalinin uzun illər nasizmdən azad edilməsi üçün mübarizə aparmırıq. Heç kimə sirr deyil ki, Avropa dinə və əxlaqa qarşıdır. Onun həyasız və mürəkkəb təbliğatı ailə institutunu, mədəniyyəti, dini, çoxəsrlik ənənələri məhv etməyə yönəlib”.
Publika.az xəbər verir ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov “Asharq News” ərəb telekanalına müsahibəsində deyib.
“Bu gün biz Ukraynaya qarşı döyüşmürük, biz NATO ilə müharibə vəziyyətindəyik. Söhbət Kiyevi silah və pulla təmin edən dövlətlərdən gedir. Əlbəttə, bu xırda şeydir və Ukrayna çoxdan təmizlənə bilərdi”, - deyə o bildirib.
Kadırov, həmçinin müsəlmanları NATO-ya qarşı mübarizədə birləşməyə çağırıb.
“Hərbi əməliyyatlar zamanı düşmən üzərində üstünlük əldə etmək üçün strategiyanı, taktikanı dəyişmək, qoşunları yenidən qruplaşdırmaq lazımdır. Və mən hərbi general kimi bəzən bu məsələ ilə bağlı öz baxışımı səsləndirmişəm. Bəli, həmkarlarımızla paylaşdığımız bütün mənfi və müsbət cəhətləri ilə döyüşlərdə iştirak etmək üçün şəxsi rəy və yığılmış təcrübə var. Bu normaldır. Burada başa düşməliyik ki, Qərb Rusiyaya qarşı genişmiqyaslı informasiya müharibəsinə başlayıb. Onlar bizi döyüş meydanında məğlub edə bilmirlər, ona görə də öz ictimaiyyətini faktiki olaraq çaşdırmağa çalışırlar”, - deyə Ramzan Kadırov vurğulayıb.