Bryanska soxulmuş "Ukrayna diversant"larından biri rusiyalı aktyor imiş... - "BBC"

3-03-2023, 10:19           
Bryanska soxulmuş "Ukrayna diversant"larından biri rusiyalı aktyor imiş... - "BBC"
Xəbər verildiyi kimi, dünən martın 2-də Rusiya mediasında guya ölkənin Bryansk vilayəti ərazisinə Ukrayna "diversant"larının soxulmas haqda məlumatlar yayılıb.

TEREF.AZ Moderator.az-a istinadla xəbər verir ki, "BBC" də bu haqda ararşdıma aparmağa çalışıb.

Məlumatlara görə, Vladimir Putin Rusiya müəllim və tərbiyəçi ilinin açılış mərasimində videokonfrans vasitəsilə Bryansk vilayətində baş verənləri “növbəti terror aktı, növbəti cinayət” kimi qiymətləndirib.

Bundan əvvəl Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz teleqram-kanalında "Ukrayna təxribat-kəşfiyyat qrupu"nun bölgə ərazisinə soxulduğunu bildirib. Onun sözlərinə görə, avtomobilə atəş açılıb, nəticədə 1 mülki şəxs həlak olub, 10 yaşlı uşaq yaralanıb.

Bundan sonra Rusiya "FSB"-si Ukrayna diversantlarının məhv edilməsi üçün tədbirlərin görüldüyünü bəyan edib, lakin bu məlumatın başqa təsdiqi olmayıb və Ukrayna prezidentinin ofisində “Ukraynalı diversantlar”la bağlı yayılan xəbərlər "klassik təxribat" adlandırılıb.

Rusiya mediasında isə Bryanskdakı təxribatçıların keçmiş Rusiya vətəndaşları olması haqda araşdırma(?) dərc edilib.

Həmin məlumata görə, martın 2-də Bryansk vilayətinə daxil olan “təxribatçılar” arasında keçmiş rusiyalı aktyor Kirill Kanaxin də olub. O, Kirill Rodonski təxəllüsü ilə filmlərdə rol alıb. O, xüsusən, Kanaxin “Sibir xoruzu-3”, “Sadə həqiqətlər”, "Vəsvəsə" teleseriallarında və s. rol alıb və Rusiya Federasiyasının Akademik Kiçik teatrının truppasında çalışıb. 78.ru portalının məlumatına görə, gənc bir ilə yaxın Sankt-Peterburqda yaşayıb və Ukraynaya genişmiqyaslı müdaxilə başlayanda o, ölkəyə anasının yanına getdiyini bəyan edib. Bundan sonra o, sosial şəbəkələrdə “Ukrayna Silahlı Qüvvələrinin sıralarında” göründüyü iddia edilir.

"Diversant"lardan birinin isə 2014-cü ildə Ukraynaya qaçmış keçmiş "FSB" zabiti İlya Boqdanov olduğu bildirilir.

Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Mixail Podolyak isə bildirib ki, “Rusiya öz xalqını qorxutmaq istəyir ki, başqa ölkəyə hücuma və bir il davam edən müharibədə yoxsulluğun artmasına birtəhər bəraət qazandırsın”. Onun fikrincə, “Rusiyada partizan hərəkatı getdikcə güclənir və aqressivləşir”.

Lakin bundan az sonra iki video ortaya çıxıb ki, orada sarı sarğılı hərbi geyimli 4 nəfər özlərini Bryansk vilayətinə “Ukrayna divertsat qrupu" kimi” deyil, “öz doğma torpaqlarına azadlıq ordusu” kimi gələn “Rusiya Könüllülər Korpusu”nun üzvləri kimi təqdim edib...













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.