Separatçılar bu yolla Xankəndiyə silah daşıyırmış – XƏRİTƏ/FOTO

5-03-2023, 15:07           
Separatçılar bu yolla Xankəndiyə silah daşıyırmış – XƏRİTƏ/FOTO
Xəbər verdiyimiz kimi, bu gün Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub.

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.

Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

Azərbaycan MN şəhidimiz barədə hər hansı açıqlama yaymasa da, erməni mediası 3 zabitinin məhv edildiyini, birinin yaralandığını bildirib.

Erməni separatçı-terrorçuların Xankəndiyə silah daşıdığı yolun xəritəsini təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru