Polis silahlı basqın edən cinayətkarları belə zərərsizləşdirib - VİDEO

6-03-2023, 08:08           
Polis silahlı basqın edən cinayətkarları belə zərərsizləşdirib - VİDEO
Ötən gecə Daxili İşlər Nazirliyinin əməkdaşları hipermarketdə bank əməkdaşlarına hücum edərək ərazidən uzaqlaşan şəxslərə qarşı əməliyyat keçirib.

Xəzər TV xəbər verir ki, polis müəyyən edib ki, həmin şəxslər cinayətdən sonra şəhərin mərkəzində ''Tarqovı'' kimi tanınan ərazidə evlərdən birində gizləniblər.

Ağır cinayət törətməkdə şübhəli bilinən şəxslərin yeri müəyyən edilən kimi bina mühasirəyə alınıb. Polisə tabe olmaq istəməyən həmin şəxslər odlu silahdan atəş açmağa başlayıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avtomat silahı ilə polisə müqavimət göstərən, 22 yaşlı Ruhlan İsmayılov zərərsizləşdirilərək məhv edilib. Bir nəfər isə saxlanıb. İstintaq sirri olduğu üçün hələlik onun adı açıqlanmır.

Hadisə yerinə Səbail Rayon Prorkurorluğunun əməkdaşları gəlib, meyitə baxış keçiriblər. Mənzildə iş üçün zəruri olan istintaq hərəkətləri aparılıb.

Xatırladaq ki, gecə məhv edilən və saxlanan şəxs Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı basqın ediblər.

Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində banklardan birinin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rüfət Həşimov isə ölüb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq gedir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru