Rusiya Ukraynada bu silahdan ilk dəfə istifa etdi - VİDEO

6-03-2023, 13:15           
Rusiya Ukraynada bu silahdan ilk dəfə istifa etdi - VİDEO
Rusiya Silahlı Qüvvələri Ukraynada yeni nəsil dəqiq idarə olunan silahlardan istifadə edib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin zirehli texnikasının gizlədildiyi və təmir edildiyi anqara yeni növ döyüş sursatları ilə zərbələr endirilib. Hədəf pilotsuz uçan aparat vasitəsilə aparılan kəşfiyyat zamanı müəyyən edilib.

Məlumata görə atış zamanı mərmi binanın tavanını yararaq anqarın içərisində partlayıb. Nəticədə Ukrayna Silahlı Qüvvələrinin obyektdə yerləşdirilmiş zirehli texnikası və ya texnikaları sıradan çıxıb.

Qeyd edək ki, Rusiya ordusu Ukraynada müharibəyə başlayandan sonra indiyə kimi döyüş meydanında istifadə etmədiyi bir neçə yeni silah və sursatlardan fəal şəkildə istifadə edir.

Məsələn, Rusiya Aerokosmik Qüvvələri yeni UPAB-1500B bombalarından istifadə edir, onların köməyi ilə Avdiivka ərazisində Ukrayna Silahlı Qüvvələrinin möhkəmləndirilmiş obyektlərini sıradan çxıarır. Bu bombalar yüksək mühafizə olunan obyektləri, o cümlədən yeraltı obyektləri məhv etmək üçün nəzərdə tutulub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.