Ermənilər Volkovun istefasını “tələb” edir

7-03-2023, 10:58           
Ermənilər Volkovun istefasını “tələb” edir
Ermənistanda antirusiya əhval-ruhiyyəsi yenidən yüksəlib. İctimai sektorun nümayəndələri yaxın vaxtlarda rus sülhməramlı kontingentin müvəqqəti yerləşdirmə mərkəzinin qarşısında sülhməramlıların komandiri Andrey Volkovun istefasını tələb edəcək etiraz aksiyaları keçirməyə hazırlaşırlar.

Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, aksiyaya səbəb üç erməni “polisi”nin (Xankəndidəki separatçı rejimin terrorçuları – red.) öldürülməsidir.

Qeyd edək ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması barədə məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşımalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb. Nəticədə Ordumuzun iki əsgəri - Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Erməni separatçıların 3 zabiti məhv edilib, bir nəfər isə yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru