BU NƏDİ BELƏ: “Blokada”da olan ermənilər Xocalıda 107 fərdi ev tikir - Şuşadan, Hadrutdan köçənlər üçün...

8-03-2023, 18:16           
BU NƏDİ BELƏ: “Blokada”da olan ermənilər Xocalıda 107 fərdi ev tikir - Şuşadan, Hadrutdan köçənlər üçün...
Azərbaycan Respublikasının 32-ci ildir ki, işğal altında qalan və "İvanyan" adlandırılan Xocalı şəhəri ərazisində separatçı-terrorçu rejimin büdcəsi və "Hayastan" ümuerməni fondunun vəsaiti hesabına tikilən 107 fərdi evin tikintisi guya "blokada ilə əlaqədar olaraq praktiki olaraq dayandırılıb".

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, Xankəndindəki hayk nəşrlərinin yaydığı məlumata görə, bu haqda cinayətkar rejimin qanunsuz "şəhərsalma naziri"nin müavini Aram Qasparyan müxbirlərə tikinti meydançasında danışıb.

“Fərdi evlərin əksəriyyətinin tikintisi başa çatmaq üzrədir, lakin tikinti materialları çatışmazlığı səbəbindən hazırda işlər, o cümlədən xarici infrastrukturun tikintisi demək olar ki, dayanıb”, - nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, ilk 40 fərdi evin ötən ilin sonu və 2023-cü ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılırdı.

"...Yol açıldıqdan sonra məhəllənin tikinti işləri bərpa olunacaq və tikilən ilk evlər çox qısa müddətdə istifadəyə veriləcək”, - deyə separatçı məmur əlavə edib.

O, qeyd edib ki, köçkün ermənilər üçün nəzərdə tutulmuş iki və dörd otaqlı fərdi yaşayış evləri daxili şəbəkə istilik sistemi, isti-soyuq su və qazla təmin ediləcək.

Xatırladaq ki, Rusiya “sülhməramlı” kontingentinin himayə etdiyi separatçı-terrorçu rejim 2021-ci ildən başlayaraq Xocalı şəhəri və rayonun bəzi kəndlərində, həmçinin Şuşa rayonunun Xankəndinə bitişik Malıbəyli kəndində 44 günlük savaşda Şuşa və Hadrutdan köçmüş ermənilər üçün binalar və fərdi həyət evləri tikməyə başlayıb...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.