Yuxarı mərtəbədə yaşayan insanlarda hansı XƏSTƏLİKLƏR OLUR?

9-03-2023, 12:14           
Yuxarı mərtəbədə yaşayan insanlarda hansı XƏSTƏLİKLƏR OLUR?
Hündür və aşağı mərtəbələrdə yaşamaq müxtəlif xəstəliklərə qarşı həssaslığa təsir göstərir.

Yenilik.az xəbər verir ki, həkim - terapevt Yuliya Kovalenko yüksək və aşağı mərtəbələrdə yaşamağın səhhətə təhlükələri barədə danışıb.

"Aşağı mərtəbələrdə yaşayan insanlar ən çox ağciyər xəsətliklərindən və ya immunitet səviyyəsinin aşağı düşməsindən şikayət edirlər. Səbəb isə aşağı mərtəbələr zirzəmiyə yaxın olduğundan göbələk və kifın yaylmasıdır.

Bundan əlavə küçədəki tozlar və avtomabillərin işlənmiş qazları evə daha tez dolaraq, orqanizmə nüfuz edir.

Həkimlərin fikrincə ücüncü və yeddinci mərtəbəyə qədər olan mərtəbələr yaşayış yerinin optimal hündürlüyü hesab edilir. Daha hündür mərtəbədə isə sənaye dumanının mənzilə nüfuz etməsi riski var. İyirmi beşinci mərtəbədən yuxarı ümumiyyətlə zərərlidir. Adətən belə hündürlüklü mənzillərdə ventilyasiya sistemi olmur.

Çox hündür mərtəbələrdə yaşayanlar vibrasiyalardan, aşağı tezlikli infrasəs vibrasiyalarından və atmosfer təzyiqindəki dəyişikliklərdən şikayətlənitlər. Belə insanlar panik atak, yuxu pozğunluğu narahatlıq , baş ağrı xəstəliklərinə meyillilik və qulaq, burun-boğaz xəstəliklərindən əziyyət çəkə bilərlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.