"Şoyqunun Rüstəm Muradovdan narazılığı artıb, ona Vuhledarı ələ keçirməyə əmr edib" - ABŞ İnstitutu

10-03-2023, 09:37           
"Şoyqunun Rüstəm Muradovdan narazılığı artıb, ona Vuhledarı ələ keçirməyə əmr edib" - ABŞ İnstitutu
"Şoyqunun Rüstəm Muradovdan narazılığı artıb, ona Vuhledarı ələ keçirməyə əmr edib"
“Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu Şərq Hərbi Dairəsinin (ŞHH) komandanı general-polkovnik Rüstəm Muradova nəyin bahasına olursa-olsun Vuhledarı ələ keçirməyə əmr edib”.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Məlumata görə, Vuhledar istiqamətində irəliləyişin olmaması Muradovla bağlı tənqidi fikirləri artırıb:

“Şoyqunun verdiyi tapşırıqları yerinə yetirmək üçün Muradovun yeni şəxsi heyətə və texnikaya ehtiyacı var. Amma Şoyqunun Muradovu lazımi resurslarla təmin edib-etməyəcəyi hələ məlum deyil”.

Qərb analitiklərinin fikrincə, Rusiya qüvvələri Ukrayna ərazisində 2023-cü ilin ən böyük raket zərbəsini martın 9-da həyata keçirib:

“Hücum zamanı müxtəlif növ raketlərdən, o cümlədən hipersəs raketlərindən istifadə olunub. Rusiya qüvvələri, həmçinin İran istehsallı “Şahed” PUA-ları ilə Ukraynaya hücum edib. Məlumata görə, həmin “Şahed”lərdən 4-ü vurulub. Rusiya qüvvələrinin dünənki raket hecumunda əsas hədəfi Ukraynanın enerji obyektləri olub”. //“Report”//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru