Rusiya raketdaşıyıcılar və taktiki aviasiyanı hərəkətə keçirdi: Raket hücumu olacaq?

14-03-2023, 09:34           
Rusiya raketdaşıyıcılar və taktiki aviasiyanı hərəkətə keçirdi: Raket hücumu olacaq?
Rusiya Federasiyası Qara dənizdə iki yerüstü raket daşıyıcısını döyüş növbəsinə çıxarıb.

Bu barədə Ukrayna “Cənub” Əməliyyat Komandanlığı “Facebook” hesabında məlumat verib.

Bildirilib ki, raketdaşıyıcı 16 “Kalibr” tipli raketə qədər ümumi yaylım atəşi gücünə malikdir.

“Şərq istiqamətində və Azov dənizinin suları üzərində düşmənin taktiki aviasiyasının fəallığı artır. Düşmənin kəşfiyyat PUA-larının fəaliyyəti də istisna edilmir”, - deyə məlumatda qeyd edilir.

Komandanlıqdan qeyd edilib ki, raket zərbəsi təhlükəsi olduqca yüksəkdir.

Mənbə: ZN.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru