Bazarda satılan at və eşşək ətini necə tanımaq olar? – Qida ekspertindən MƏSLƏHƏT

15-03-2023, 19:37           
Bazarda satılan at və eşşək ətini necə tanımaq olar? –
"Azərbaycanda bu hallara ilk dəfə deyil rast gəlinir. Bəzən biz Qida Təhlükəsizliyi Agentliyin qınayırıq. Bunu edən adamın da gərək vicdanı olsun axı. At əti əslində ziyanlı ət deyil, amma baxır o hansı atın ətidir. Onu alan insanlar ətin rənginə baxmalıdırlar, qoca, xəstə heyvan bütün hallarda qorxuludur”.

TEREF.AZ bildirir ki, Bizim.Media-ya qida məsələləri üzrə ekspert Ağa Salamov müsahibəsində belə deyib. Qeyd edək ki, ölkəmizdə ət bazarında müşahidə edilən bahalaşma fonunda vəziyyətdən sui-istifadə halları artıb. Bəzi işbazlar tamah məqsədi ilə istehlakçılara at və eşşək ətlərini dana əti adı ilə sırımağa çalışırlar.

Ekspertin sözlərinə görə, at və eşşək ətini normal ətdən oleyin yağ turşusun köməkliyi ilə ayırmaq mümkündür. Normal ətlərdən fərqli olaraq at ətində və eşşək ətində oleyn yağ turşusu daha çox olur.

Bəs oleyn yağ turşusu nədir və onu necə müəyyən etmək olar?

“Dana və qoyun ətlərinə fikr versək görərik ki, piyləri ağ rəngə çalır. Lakin at və eşşək ətlərində bu piy lifləri tünd sarı rəngdə olur. Ona görə də insanlar ət alarkən buna diqqət etməlilər. Oleyn yağ turşusu çox olan ətlər at və eşşək ətləridir.

İnsanlar ət alarkən daha bir məsələyə diqqət etməlidirlər. Qaralmış ətlərdən uzaq durmaq lazımdır. Bu ətlər daha geç bişir. Amma yenə də bunun qarşısını almaq üçün AQTA mübarizə tədbirlərini artırmalıdır. İnsanları belə hadisələrdən qorumaq üçün daima maarifləndirmə işləri görülməlidir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.