“MQ-9 Reaper”in bir saatlıq uçuşu 3 min 500 dollara başa gəlir

17-03-2023, 11:34           
“MQ-9 Reaper”in bir saatlıq uçuşu 3 min 500 dollara başa gəlir
Martın 14-də Rusiyanın Su-27 qırıcısı ABŞ-nin “Reaper” kəşfiyyat dronunun pərinə toxunub, dron Qara dənizə düşüb. ABÇ ordusu bu insidenti “ehtiyatsızlıq” sayaraq pisləyib.


“Reuters” agentliyi Hava Qüvvələri və dronunun istehsalıçısı “General Atomics”in məlumatına əsasən MQ-9 “Reaper”-in xüsusiyyətlərindən yazır.

Pilotsuz uçan aparat (PUA) olan MQ-9 “Reaper” 50 min fut (15 km) yüksəklikdə 27 saat qala bilir. Bu dron müasir kameralar, sensorlar və radarlar vasitəsilə kəşfiyyat məlumatı yığır. “Honeywell” mühərrikli dron saatda 240 mil (386 km) sürətlə uça bilir.

Hava Qüvvələrinin 16 il öncə əldə etdiyi Reaper yer-hava tipli raketlərlə təchiz oluna bilər.

ABŞ-nin Daxili Təhlükəsizlik Departamenti, NASA, Böyük Britaniyanın Kral Hava Qüvvələri, İtaliya, Fransa və İspaniyanın hava qüvvələri də bu dronları ala bilər.

Üstünlükləri
Üstünlüklərinə gəlincə, dronlar oxşar xüsusiyyətli pilotlu təyyarələrdən daha ucuz, daha təhlükəsizdir, çünki onlar pilotsuz idarə olunur. Digər təyyarələrdən fərqli olaraq, dronlar saatlarla kəşfiyyat materialı yığa bilər. Onların uçuşunun bir saatı 3 min 500 dollara başa gəlir. Müqayisə üçün F-16 qırıcısının bir saatlıq uçuşunun qiyməti 8 min dollara yaxındır.

ABŞ Hava Qüvvələrinin məlumatına görə, 56.5 milyon dollara sensorlar, qurudan nəzarət stansiyası və peyk əlaqəsi olan dörd ədəd MQ-9 ala bilərlər.

“General Atomics” bildirir ki, MQ-29 Hava Qüvvələrinin sınağında “hava-hava silahları qabiliyyəti nümayiş etdirib”. Dron “özünümüdafiə örtüy”ü ilə təchiz oluna, bu isə təhdidləri aşkarlayaraq yer-hava tipli silahlara qarşı əks-tədbirlər həyata keçirə bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.